ŞEYTAN YUVASI

pislik edən, şər işlərlə məşğul olan yaramaz adamların toplaşdığı yer; insanlarda  qorxu və vahimə yaradan, yaramazlıqlar törədən qurum, təşkilat haqqında işlədilən ifadə.

ŞEYTAN YOLUNA DÜŞMƏK
ŞEYTANA BAC VERMƏMƏK
OBASTAN VİKİ
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
Genişləndirmə yuvası
Genişləndirmə yuvası – kompüter konsolunun içərisində genişləndirmə lövhələrini yerləşdirmək üçün nəzərdə tutulmuş və onları sistem şininə (verilənlər magistrallarına) qoşan yuva. Fərdi kompüterlərin əksəriyyətində üçdən səkkizədək genişləndirmə yuvası olur; Apple Macintosh və Macintosh Plus kompüterlərində, ümumiyyətlə, genişləndirmə yuvası olmur, Macintosh SE də isə bir yuva olur. Genişləndirmə yuvaları sistemin mövcud imkanlarını və ya yaddaşını artırmağa və ya yenilərini əlavə etməyə imkan verir. Bax: EXPANSION BOARD. Daşınabilir kompüterlərdə genişləndirmə yuvası PCMCIA sinifli yuva formasında olur ki, ora da PC Card lövhəsi qoyulur.
Quş yuvası
Quş yuvası — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Quşyuvası kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxasli kəndindən çixmiş ailələr qizilquş yuvalari olan və Quşyuvası adlanan meşəlik sahədə saldiğına görə belə adlandırılmışdır.
Taxıc yuvası
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Böyük şeytan
Böyük şeytan — İranın xarici siyasət bəyanatlarında bəzən Amerika Birləşmiş Ştatları üçün işlətdiyi alçaldıcı ifadədir. Həmçinin bu ifadə Birləşmiş Krallıq üçün də istifadə edilmişdir. Bu termin ilk dəfə İranın lideri Ruhullah Xomeyni tərəfindən 5 noyabr 1979-cu il tarixindəki çıxışında imperializm və dünya miqyasında korrupsiyaya dəstək verməkdə günahlandırılan Amerika Birləşmiş Ştatlarını xarakterizə etmək üçün istifadə edilmişdir.
İçimizdəki şeytan
Şeytan (Tolstoy)
Şeytan (rus. Дьявол) — Lev Tolstoyun povesti. 1889–90-cı illərdə yazılmış, 1909-cu ildə alternativ bir sonluqla verilmiş, 1911-ci ildə müəllifin ölümündən sonra yayımlanmışdır. Tolstoyun eyni vaxtda yazdığı "Kreyser sonatası" kimi, "Şeytan" əsəri də cinsi duyğuların nəticələrindən bəhs edir. == Məzmun == İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün "Şeytan" əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi… == Nəşr və tərcümə == Povest Rafiq Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə Yazıçı nəşriyyatında əvvəlcə 1980-ci ildə, 2-ci dəfə isə 1984-cü ildə, latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda "Ailə səadəti" povesti ilə birlikdə 176 səhifədə nəşr edilib. == İstinadlar == == Xarici keçidlər == "Şeytan (povestlər)" ( (az.)).
Şeytan Bibliyası
Şeytan İncili (İngiliscə: The Satanic Bible), Anton Szandor Lavey tərəfindən yazılan, La-Veya satanizmi fəlsəfəsinin kitabı. Kitabın içində 4 bölmə var. Bunlar; Satan, Lusifer, Belial və Leviathana ithaf edilib. Eyni zamanda bunlar, 4 şeytan sırası ilə; Cənub-Od, Şərq-Hava, Şimal-Torpaq və Qərb-Su kimi elemenlər ilə ifadə edilib. Bu kitabda, satanizmin və satanistlərin həyat qanunları 12 maddə ilə sıralanıb; Sizdən soruşulmadığı müddətcə fikirlərinizi heç kimlə bölüşməyin. Daxilinizdəki dərdləri, mütləq şəkildə eşitmək istəyənlərdən savayı heç kimə deməyin. Başqa bir insanın evində qonaqsınızsa ev sahibinə qarşı hörmətli olun. Əks təqdirdə heç oraya getməyin. Sizin evinizdə olan qonaq sizi incidər, sizə qarşı kobud hərəkət edərsə, sizdə ona qarşı eyni cür edin. Əks cins açıqca dəvət eməsə, onunla cinsi əlaqədə olmayın, ona təcavüz etməyin.
Şeytan bazar
Nizami küçəsi və ya Şeytan bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Meydandan başlayan və Rasta bazar küçəsinin davamı olan tarixi küçədir. Qarabağ xanının vəziri və şair Molla Pənah Vaqifin malikanəsi bu küçədə olmuşdur. == Tarixi == Şuşanın əsas ticarət küçəsi olan Rasta bazar küçəsi Meydanda Hacı Əmiraslanın karvansarası ilə kəsişərək cənuba doğru Şeytan bazar adı ilə davam edir. Bu küçədə Molla Pənah Vaqifin dövrümüzə çatmamış malikanəsi olmuşdur. == Xüsusiyyətləri == Şeytan bazar küçəsi Rasta bazar küçəsi uzunluğunun (təxminən 300 m) 1/3 qədər uzunluğa malik olmaqla, müstəqil küçədən çox, küçə hissəsi təsiri bağışlayır. Şeytan bazar küçəsinin salınması zamanı kifayət qədər sakit relyefdə horizontal qatdan istifadə edilmişdir. Küçə bir qədər şimal-cənub maililiyinə malikdir, cənub qurtaracağında bu xüsusiyyət daha çox hiss olunur. Rasta və Aşağı bazar küçələri kimi, Şeytan bazar küçəsində də inşaat işləri sərt qırmızı xətt üzrə aparılmışdır. Küçənin qərb tərəfi cənub qurtaracağı istisna olmaqla eyni formalı plana malik olan kvadrat şəkilli karvansara ilə tutulmuşdur. Karvansaraylar bir-birindən kiçik küçə ilə ayrılır.
Şeytan buynuzu
Şeytan buynuzları (ing: Devil horns) - Heavy Metal musiqisini dinləyənlərin istifadə etdiyi işarədir. Şəhadət barmağı və kiçik barmaq açıq, orta, üzük və baş barmaq bağlı olmalıdır ki, bu işarə tutulsun. İnternetdəki işarəsi \m/ olaraq göstərilir. Ronnie James Dio, bu işarəni metal mühitə gətirmişdir və onu “Şərin gözü” adlandırmışdır. Onun mənası Roma sivilizasiyasına söykənir. Dio nənəsinin bu işarəni tapması üçün ona əsl ilham mənbəyi olduğunu bildirmişdir. İtalyan mənşəli olan ailəsi inanclarına çox bağlı idi və nənəsinin küçədə gedərkən bu nişanı insanlara göstərdiyini görür. Onlar bunu pisliklərdən qorunma və şeytanı qovmaq niyyəti ilə edirlər. Dio, sənədli bir filmdə (Metal: A Headbanger's Journey) “Bunu mənim tapdığımı söyləmək olmaz, amma onu mən təkmilləşdirib ona məna verdim” demişdir.
Şeytan kilsəsi
Şeytan kilsəsi — 1969-cu ildə Anton Szandor Lavey tərəfindən yazılmış Şeytan Bibliyasında (The Satanic Bible) ifadə olunan satanizmi həyata keçirən dini bir təşkilatdır. Laveyin ölümündən sonra Peter Howard Gilmore "baş keşiş" olaraq Şeytan kilsəsinin rəhbəri olmuşdur. == İnancları == Şeytan kilsəsi tanrıya və ya şeytana dua etmir. La-Veya satanizmi hər kəsin özünün özünə tanrı olduğuna inanır. İnsan ehtiraslarının və təbiətinin basdırılmasına inanmır. Baş keşiş Peter Gilmore, David Shankboneyə verdiyi müsahibədə "Mənim özümün həqiqi inancıma görə, fövqəltəbii güclərə inanan hər kəs dəli olmuşdur. İblisə və ya Tanrıya inanmalarından asılı olmayaraq, insanların hamısının müəyyən hadisələrdən geriyə çəkilmə səbəbləri vardır" demişdir. Gilmorun tərifinə görə şeytan "hərəkət üsuludur". Şeytan ivritcə "düşmən" və ya "əleyhinə çıxan", "sual verən biri" deməkdir. Gilmore deyir: "Satanizm ateizmdən başlayır.
Şeytan planeti
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Şeytan qalası
Şeytan qalası (gürcücə:ქაჯისციხე) — Ərdahan ilinə bağlı Çildır ilçəsinin İldırımtəpə kəndində yerləşən qədim qaladır. Tarixi Eruşeti bölgəsindəki bu qala gürcücə qaynaqlarda “Kacistsihe” olaraq keçir və Osmanlı dövlətinin bölgəni ələ keçirməsindən sonra qalanın adının gürcücədən tərcümə edidliyi düşünülür.Məşhur gürcü şairi Şota Rustavelinin XII əsrdə qələmə aldığı Pələng dərisi geymiş pəhləvan əsərində sözügedən “Kacta Tsihe”nin Əlamut qalası deyil, Şeytan qalası olduğuna dair fikirlər vardır. == Mövqeyi == Şeytan qalası əvvəlki adı Rabat olan İldırımtəpə kəndinin mərkəzinin 1.3 km şimalında, bir dərənin sağ sahilində qayalıq təpədə yerləşir. Üç tərəfi uçurum olan bu təpəyə sadəcə bir tərəfdən çatmaq mümkündür. Qalaya bu mövqeyinə görə çatmanın və ələ keçirilməsinin çətin olmasına görə Şeytan qalası deyildiyi düşünülür. Ancaq qalanın ələ keçirilməsinin çətin olmasına görə qaladakıların məğlubedilməzliyinin pis ruhlarla, şeytanla bağlı olduğu kimi xalq arasında əfsanə də mövcuddur.Dəniz səviyyəsindən 1910 metrə yüksəklikdəki qala hal-hazırda sağlam vəziyyətdədir. Simmetrik olmayan plana sahib olan qalanın ebatları 161 × 93 metrdir və qalanın üç bürcü vardır. Bunlardan biri hal-hazırda sağlam qalmışdır. Hal-hazırda gecə işıqlandırılan Şeytan qalasına yaxın olan seyir təpəsinə qədər asfalt yolla, bu nöqtədən sonra da torpaq yolla getmək mümkündür. == Tarixi == Şeytan qalasının Urartu zamannıda inşa edildiyinə dair irəli sürülən fikirlər vardır.
Şeytan körpüsü
Şeytan körpüsü — əsasən Avropada tapılan onlarla qədim körpü üçün tətbiq edilən bir termindir. Bu körpülərin əksəriyyəti daş və ya hörgü tağlı körpülərdir və qədim memarlıqda mühüm texnoloji nailiyyəti təmsil edir. Qeyri-adi dizaynlarına görə onlar antik dövrdə və orta əsrlər Avropasında heyranlıq və hekayələr obyekti idilər . Şeytan körpülərinin hər birində adətən onun mənşəyi ilə bağlı İblislə əlaqəli bir mif və ya xalq nağılı var.Bu hekayələr bölgədən və inanclardan asılı olaraq geniş şəkildə dəyişir. Bəziləri körpünün qurucusu kimi İblisə sahibdirlər, belə bir körpünün dayanıqlı və ya mövcud olmasının qeyri-mümkün olması və ya qeyri-mümkün olması ilə əlaqədar o qədər ki, onu yalnız İblis özü tikə bilərdi.Digərləri isə İblislə yerli əhali arasında adətən öz canları müqabilində sövdələşmənin, paktın və ya sövdələşmənin bir hissəsi kimi İblis tərəfindən bəşəriyyətə verilmiş bu cür körpüləri tikmək biliyinə malikdirlər . == Əlaqədar əfsanələr == İblis Körpüsü kateqoriyasına daxil olan körpülər o qədər çoxdur ki, onlarla bağlı əfsanələr Aarne-Tompson nağılları üçün təsnifat sistemində xüsusi bir kateqoriya təşkil edir. Bəzi əfsanələrdə əlaqəli xalq nağılları kateqoriyalarının elementləri var, məsələn, Şeytanı Aldatma, Şeytanın Müqaviləsi və Usta İnşaatçı əfsanələri. Nağılın bir versiyasında körpü qurucusu və İblis düşmən kimi təqdim olunur. Bu onu əks etdirir ki, tez-tez, məsələn, Sent-Gotthard aşırımındakı Teufelsbrücke kimi, bu körpülər elə çətin şəraitdə tikilirdi ki, körpünün uğurla başa çatdırılması inşaatçıların və ictimaiyyətin qəhrəmancasına səy göstərməsini tələb edirdi. Əfsanənin digər versiyalarında İblislə müqavilə bağlayan yaşlı bir qadın və ya sadə bir çoban var.
Qaranquş yuvası (Krım)
Qaranquş Yuvası (ukr. Ластівчине гніздо, Lastivchyne hnizdo, rus. Ласточкино гнездo, Lastochkino gnezdo, krımtat. Къарылгъач ювасы, Qarılğaç yuvası), Krımın Gaspra qəsəbəsində yerləşən dekoraativ bir qaladır. 1911–1912-ci illərdə 40 m yüksəklikdə olan Aurora yamacının üstündə tikilmişdir. Rusiyalı memar Leonid Sherwood tərəfindən neoqotika tərzində tikilmişdir. == Tarixi == Aurora yamacındakı ilk bina rus bir general üçün 1895-ci ildə tikilmişdir. "Eşq Qalası" adını alan bina taxtadan hazırlanmışdı. Daha sonra bu mülk Rus çarının şəxsi həkimi A. K. Tobinin əlinə keçdi. Bakı neftini çıxardaraq gəlir əldə edən alman Baron Von Şteyngel 1911-ci ildə binanı aldı və hazırkı binanı inşa etdirdi.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur. Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib.
Qartal yuvası (film)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. == Məzmunu == Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. == Çəkiliş yerləri == Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Şeytan (film, 1974)
Türk Exorcist, 1973-cü ildə ABŞ-də qurulan Şeytan filminin Türk versiyasıdır. Metin Erksan tərəfindən idarə olunan film, İstanbulda olduğu kimi, Türk korku filmi kinosunun ilk nümunələrindən biridir.
Şeytan Prada geyinir
Şeytan Prada geyinir (ing. The Devil Wears Prada) — 2003-cü ildə Loren Veysberger tərəfindən yazılmış bestseller romandır. Romanda dəb jurnalı redaktoru olan qadın tərəfindən şəxsi assiasnt kimi işə qəbul edilən gənc qızdan bəhs edilir. Altı ay The New York Times bestseller siyahısında yer tutan roman əsasında 2006-cı ildə Meril Strip, Enn Heteuey və Emili Blantın iştirakı ilə eyni adlı bədii film çəkilmişdir. Bir çox mənbələrdə əsər çiklit janrının ən yaxşı nümunəsi kimi qeyd edilir.Müəllifinin keçmişinə görə, Şeytan Prada geyinir romanı nəşr edildikdən dərhal sonra böyük marağa səbəb olmuşdur. Belə ki, yazıçı fəaliyyətinə başlamazdan əvvəl Veysberger, romanın əsas qəhrəmanları kimi ABŞ "Vogue"unun baş redaktoru Anna Vinturun şəxsi köməkçisi olmuşdur, Vintur isə romanda jurnal redaktoru olan Miranda Pristli kimi britaniyalıdır. Tənqidçilərin "açarlı roman" hesab etdikləri əsərdə, Vintur və digər "Vogue" işçiləri ilə bağlı insayder məlumatlarının verildiyi güman edilir.Əsərin sikveli olan "Qisas Prada geyinir: Şeytan qayıdır" əsəri 2013-cü ildə nəşr edilmişdir. == Məzmunu == Bir müddət öncə Braun Universitetində ingilis ədəbiyyatı üzrə təhsilini başa vurmuş Andrea Saks, Kolumbiya Universitetinin tələbəsi olan rəfiqəsi Lili ilə birlikdə Nyu-Yorka köçür. Nəşriyyatlardan birində iş tapmağa ümid edən Andrea rezümesini hər yerə göndərməyə başlayır. O, düşünür ki, jurnal sənayesində işə başlamaqla gələcəkdə "The New Yorker" üçün yazmaq arzusuna bir addım da yaxınlaşacaq.
Şeytan çarxı (Bakı)
Şeytan çarxı — Bakı bulvarında attraksion. == Haqqında == "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. VİP kabinələrdə 8 deyil, 4 sərnişin otura bilər. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə böyükdür. == Açılışı == 2014-cü ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Qaranquş yuvası qalası (Krım)
Qaranquş yuvası qalası — Krımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir. Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir. Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır.
Qartal Yuvası təbiət parkı
Qartal Yuvası təbiət parkı (pol. Park Krajobrazowy Orlich Gniazd ) — Polşanın cənub-qərbində qorunan ərazi və Polşanın 120-dən çox rəsmi təbiət parklarından biri. 597 km2 (231 mil2) əraziyə malikdir. 1980-ci ildə qurulmuş və Qartal yuvası cığırının çox hissəsini əhatə edir. Cığır Böyük Kral III Kazimirin əmri ilə böyük, hündür qayalar üzərində inşa edilən "Qartalların yuvaları" adlanan orta əsrə aid təxminən 25 qaladan keçir. Park Krakov, Çenstoxova və Vielun şəhərləri arasında yerləşən Polşadakı Yuraya aid formalaşmalar (pol. Jura Krakowsko-Częstochowska) boyu uzanır. Buraya daxil olan III Kazimir (1310–1370) tərəfindən inşa edilmiş çox sayda orta əsr qalaları (pol. Orle Gniazda) ildə təxminən 400.000 ziyarətçi qəbul edir. Dağların bir hissəsi ölkənin ən cəlbedici istirahət zonaları arasında sıralanan Polşanın iyirmi milli parkının ən kiçiyi olan Oykov Milli Parkına aiddir.
Qartal yuvası (film, 2013)
Qartal yuvası — 2013-cü ildə Azərbaycanda istehsal olunmuş və Azərbaycanın 3 Milli Qəhrəmanından bəhs edən sənədli-bədii film. Filmin rejissoru və prodüseri Elnur Əliyevdir. Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır. == Məzmunu == Ekran əsəri Qazax rayonundan olan üç Milli Qəhrəman — Rafiq Alıcanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edir. Filmdə qəhrəmanların həyatlarının maraqlı anlarına daha çox diqqət ayrılmışdır. == Çəkiliş yerləri == Çəkilişlər Qazax, Füzuli və Şamaxı rayonlarında aparılmışdır. Film "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyinin dəstəyi ilə çəkilmişdir.
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. == Hekayə == Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Şər yuvası (film, 2002)
Şər Yuvası (Əsl adı: Resident Evil) 2002-ci ildə çıxmış bir qorxu filmi. Rejissor Paul Anderson, Capcom'un Resident Evil adlı video oyunundan ilhamlanaraq hazırlanmışdır. == Hekayə == Umbrella (Çətir) şirkətinin dünyanın bir çox yerində qurumları vardır. Amma əsas mərkəz şimali Amerikadaki Raccoon City-dir. Şirkət bir çox tekniki avadanlıqların istehsalı ilə dünyada məşhurdur. Amma Umbrellanın əsas gəlir məmbəsi istehsal etdiyi virus silahlarıdır. Bu viruslardan ən təhlükəli olanı T-virusudur. Umbrella şirkətinin virus istehsalı ilə məşğul olduğu sahə, yer altı Hive-də T-virusu yayılmağa başlar. Bunu izləyən şirkətin bütün gücünü əlində saxlayan Qızıl-Şahzadə adlı super kopyuter, virusun yayılmasının qarşısını almaq üçün, şirkətin bütün işçilərinin həyatı bahasına olsa belə, şirkətdəki bütün giriş və çıxış qapılarını bağlayır. Alis və dostları şirkət işçilərinə nə olduğunu öyrənmək üçün xüsusi təyinatlı S.T.A.R.S adlı hərbi komanda ilə birlikdə Umbrella şirkətinə gedərlər.
авио́ника ву́зовка гери́лья гуменник дирижёрский зерно́м зыря́не сексти́на до поры́ иезуи́тский канонизова́ть наба́лтываться тира́жный fire bomb intelligential long sight parametric pico- pressing pseudoaquatic solubility truncation under-the-counter villadom синекура